AZ

Azərbaycanda oyundan qayıdan futbolçular qəzaya düşdü

ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İmişli rayonunda iki minik avtomobili toqquşub.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə İmişli-Xoşçobanlı-Qaraqaşlı yolunun rayonun Otuziki kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində 6 nəfər xəsarət alıb.

Məlumata görə, 1977-ci il təvəllüdlü Cəmil Babaşovun idarə etdiyi "Opel" markalı nəqliyyat vasitəsinin 1974-cü il təvəllüdlü Əziz Quliyevin idarə etdiyi "Mersedes-Benz" avtomobili ilə toqquşması nəticəsində xəsarət alan yeniyetmələr futbolçular olublar.

Onlar futbol matçından qayıdırmışlar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
44
6
axar.az

7Mənbələr