BAKI, 5 avqust. TELEQRAF
Azərbaycan Əvəzedicilər Liqasının 2025/2026 mövsümünün püşkü atılıb.
Teleqraf Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, qurumun inzibati binasında təşkil edilən mərasimdə texniki-idman direktoru Elgiz Abbasov, media və marketinq direktoru Sənan Abdullayev, yarışların təşkili və qeydiyyatı şöbəsinin müdiri Elçin Mehtiyev və komandaların nümayəndələri iştirak ediblər.
10 komandanın iştirakı ilə 3 dövrəli sistemlə keçiriləcək turnirin I və XIX turlarının (III dövrənin) püşkləri atılıb.
Avqustun 10-da start götürəcək yeni mövsümün I və XIX turunda üz-üzə gələcək cütlüklər aşağıdakı kimidir:
I tur
“Qəbələ-2” – “Kəpəz-2”
“Zirə-2” – “Neftçi-2”
“Şamaxı-2” – “Qarabağ-2”
“Sumqayıt-2” – “Araz Naxçıvan-2”
“Sabah-2” – “Turan Tovuz-2”
XIX tur
“Sabah-2” – “Sumqayıt-2”
“Şamaxı-2” – “Araz Naxçıvan-2”
“Qarabağ-2” – “Neftçi-2”
“Zirə-2” – “Qəbələ-2”
“Turan Tovuz-2” – “Kəpəz-2”