AZ

Azərbaycan Əvəzedicilər liqasında püşkatma mərasimi keçirildi

Bu gün Əvəzedicilər liqasında 2025-2026-cı illər mövsümünün püşkatma mərasimi keçirilib.

Sportal.az xəbər verir ki, Peşəkar Futbol Liqasının inzibati binasında təşkil olunan tədbirdə PFL-in texniki-idman direktoru Elgiz Abbasov, media və marketinq direktoru Sənan Abdullayev, yarışların təşkili və qeydiyyatı şöbəsinin müdiri Elçin Mehtiyev, komandaların nümayəndələri iştirak ediblər.

10 komandanın iştirakı ilə 3 dövrəli sistemlə keçiriləcək turnirin I və XIX turlarının (III dövrənin) püşkləri atılıb. 16 avqust tarixində start götürəcək yeni mövsümün I və XIX turunda üz-üzə gələcək komandalar aşağıdakı kimidir:

            I tur

“Qəbələ-2” – “Kəpəz-2”

“Zirə-2” – “Neftçi-2”

“Şamaxı-2” – “Qarabağ-2”

“Sumqayıt-2” – “Araz Naxçıvan-2” 

“Sabah-2” – “Turan Tovuz-2”

          XIX tur

“Sabah-2” – “Sumqayıt-2”

“Şamaxı-2” – “Araz Naxçıvan-2”

“Qarabağ-2” – “Neftçi-2”

“Zirə-2” – “Qəbələ-2”

“Turan Tovuz-2” – “Kəpəz-2”

Qeyd edək ki, Əvəzedicilər liqasında 2025-2026-cı illər mövsümünün tam təqvimi yaxın günlərdə sayta yerləşdiriləcək.

saytlarin hazirlanmasi

Seçilən
7
10
sportal.az

10Mənbələr