AZ

UEFA "Araz-Naxçıvan"ın futbolçusunu cəzalandırdı - "Neftçi"yə buraxılmadı

style='margin-bottom:10px;'>

Yunanıstanda "Aris"ə qarşı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda birbaşa qırmızı vərəqə alan "Araz-Naxçıvan"ın futbolçusu İqor Ribeyronun cəza müddəti müəyyənləşib.

QOL.az Teleqraf-a istinadən xəbər verir ki, UEFA 28 yaşlı müdafiəçini 1 oyunluq diskvalifikasiya edib.

Braziliyalı stopper cəzasını Naxçıvan komandasında Kipr "Omoniya"sına qarşı III təsnifat mərhələsinin Bakıdakı ilk oyununda çəkəcək. Bu görüş avqustun 7-də "Dalğa Arena"da olacaq.

Klub rəhbərliyi "sambaçı"nı qarşıdakı oyunlar üçün də sifariş ərizəsində saxlayacaq. Bu səbəbdən, Ribeyronun "Omoniya" ilə avqustun 14-də Nikosiyadakı cavab matçında meydana çıxması istisna edilmir.

Ribeyro yay transfer dövründə "Neftçi" ilə müqavilə bağlasa da, klublararası razılaşmaya əsasən, o, avqustun 1-dək "Araz-Naxçıvan"a Konfrans Liqasında kömək etməli idi. Lakin futbolçu "Aris"lə cavab görüşünün 52-ci dəqiqəsində qırmızı vərəqə aldığından, avrokubok cəzasını hansı klubda çəkəcəyi sual doğururdu. "Neftçi"yə indi qayıtsaydı, "ağ-qaralar" gələn mövsüm avrokuboklara vəsiqə qazanacağı təqdirdə, ilk matçda onun xidmətindən məhrum olacaqdı.

Bu məqamı nəzərə alan "Araz-Naxçıvan" Ribeyronu "Omoniya" ilə matçın sifariş ərizəsindən çıxarmayıb. "Sambaçı"nın 1 oyunluq cəzanı başa vurduqdan sonra cavab görüşündə iştirak edib-etməyəcəyi hələlik dəqiqləşməyib.

Seçilən
1
3
teleqraf.com

4Mənbələr