AZ

UEFA Araz Naxçıvan ın futbolçusunu cəzalandırdı Neftçi yə buraxılmayıb

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

Yunanıstanda "Aris"ə qarşı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda birbaşa qırmızı vərəqə alan "Araz-Naxçıvan"ın futbolçusu İqor Ribeyronun cəza müddəti müəyyənləşib.

İdman.biz Teleqraf-a istinadən xəbər verir ki, UEFA 28 yaşlı müdafiəçini 1 oyunluq diskvalifikasiya edib.

Braziliyalı stopper cəzasını Naxçıvan komandasında Kipr "Omoniya"sına qarşı III təsnifat mərhələsinin Bakıdakı ilk oyununda çəkəcək. Bu görüş avqustun 7-də "Dalğa Arena"da olacaq.

Klub rəhbərliyi "sambaçı"nı qarşıdakı oyunlar üçün də sifariş ərizəsində saxlayacaq. Bu səbəbdən, Ribeyronun "Omoniya" ilə avqustun 14-də Nikosiyadakı cavab matçında meydana çıxması istisna edilmir.

Ribeyro yay transfer dövründə "Neftçi" ilə müqavilə bağlasa da, klublararası razılaşmaya əsasən, o, avqustun 1-dək "Araz-Naxçıvan"a Konfrans Liqasında kömək etməli idi. Lakin futbolçu "Aris"lə cavab görüşünün 52-ci dəqiqəsində qırmızı vərəqə aldığından, avrokubok cəzasını hansı klubda çəkəcəyi sual doğururdu. "Neftçi"yə indi qayıtsaydı, "ağ-qaralar" gələn mövsüm avrokuboklara vəsiqə qazanacağı təqdirdə, ilk matçda onun xidmətindən məhrum olacaqdı.

Bu məqamı nəzərə alan "Araz-Naxçıvan" Ribeyronu "Omoniya" ilə matçın sifariş ərizəsindən çıxarmayıb. "Sambaçı"nın 1 oyunluq cəzanı başa vurduqdan sonra cavab görüşündə iştirak edib-etməyəcəyi hələlik dəqiqləşməyib.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
3
icma.az

4Mənbələr