AZ

Metroda turniketlərdə problem var? Vətəndaş pisdir , qurum yaxşıdır deyir

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı metrosunun bəzi stansiyalarında turniketlərlə bağlı problemlər müşahidə olunur.

Bu barədə Oxu.Az-a müraciət edən vətəndaşların sözlərinə görə, turniketlər ya vaxtından əvvəl fırlanır, ya sərt şəkildə qarın nahiyəsinə dəyir, ya da ümumiyyətlə çətinliklə açılır. Texniki baxımdan nasaz olan bu avadanlıqlar gündəlik istifadə zamanı sərnişinlərin narahatlığına səbəb olur.

Bəs görəsən, turniketlər nə vaxt yenilənəcək?

"Bakı Metropoliteni" QSC-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bu fikirlər səsləndirilib:

View this post on Instagram

A post shared by Oxu.Az (@oxuaz)

"Hazırda stansiyalarda mövcud olan turniketlərin texniki vəziyyəti normaldır və bu proses daim nəzarətdə saxlanılır. Turniketlərin cari vəziyyətini stabil saxlamaq üçün davamlı ehtiyat hissələri alınır və ehtiyac olduqda yenilənir. Stansiyalarda qeyd etdiyiniz formada istisna halları ilə rastlaşan zaman dərhal buraxılış məntəqə nəzarətçisinə bu barədə məlumat verməyiniz xahiş olunur. Nəzarətçi şikayətinizi aidiyyəti üzrə yönləndirən kimi nasazlıq operativ şəkildə aradan qaldırılır".

Məhərrəm Əliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
2
oxu.az

3Mənbələr