AZ

Metroda turniketlərdə problem var? - Vətəndaş "pisdir", qurum "yaxşıdır" deyir

Bakı metrosunun bəzi stansiyalarında turniketlərlə bağlı problemlər müşahidə olunur.

 

Bu barədə Oxu.Az-a müraciət edən vətəndaşların sözlərinə görə, turniketlər ya vaxtından əvvəl fırlanır, ya sərt şəkildə qarın nahiyəsinə dəyir, ya da ümumiyyətlə çətinliklə açılır. Texniki baxımdan nasaz olan bu avadanlıqlar gündəlik istifadə zamanı sərnişinlərin narahatlığına səbəb olur.

 

Bəs görəsən, turniketlər nə vaxt yenilənəcək?

 

"Bakı Metropoliteni" QSC-dən cavab olaraq bu fikirlər səsləndirilib:

 

 

"Hazırda stansiyalarda mövcud olan turniketlərin texniki vəziyyəti normaldır və bu proses daim nəzarətdə saxlanılır. Turniketlərin cari vəziyyətini stabil saxlamaq üçün davamlı ehtiyat hissələri alınır və ehtiyac olduqda yenilənir. Stansiyalarda qeyd etdiyiniz formada istisna halları ilə rastlaşan zaman dərhal buraxılış məntəqə nəzarətçisinə bu barədə məlumat verməyiniz xahiş olunur. Nəzarətçi şikayətinizi aidiyyəti üzrə yönləndirən kimi nasazlıq operativ şəkildə aradan qaldırılır".

Tarix: 5 Avqust 2025, 18:24   
Seçilən
32
2
pravda.az

3Mənbələr