AZ

Zakir Həsənovun müşavirinə ordu generalı rütbəsi verildi

ain.az, Sherg.az portalına istinadən məlumat verir.

Türkiyənin Azərbaycandakı Xidmət Qrupunun Komandanı, Azərbaycan müdafiə nazirinin (Zakir Həsənov) müşaviri Bəxtiyar Ərsaya ordu generalı hərbi rütbəsi verilib.

Teleqraf xəbər verir ki, müvafiq sərəncam Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.

Qeyd edək ki, Bəxtiyar Ərsay bir müddət Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi vəzifəsində çalışıb. 2021-ci ildən Azərbaycanda Xidmət Qrupu Komandanlığında xidmətə başlayıb.

Bəxtiyar Ərsay 2022-ci ildə Azərbaycan müdafiə nazirinin müşaviri təyin edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
72
7
sherg.az

10Mənbələr