AZ

Zakir Həsənovun müşavirinə ordu generalı rütbəsi verildi

Türkiyənin Azərbaycandakı Xidmət Qrupunun Komandanı, müdafiə naziri Zakir Həsənovun müşaviri Bəxtiyar Ərsaya ordu generalı hərbi rütbəsi verilib.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, müvafiq sərəncam Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.

Qeyd edək ki, Bəxtiyar Ərsay bir müddət Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi vəzifəsində çalışıb. 2021-ci ildən Azərbaycanda Xidmət Qrupu Komandanlığında xidmətə başlayıb.

Seçilən
80
8
publika.az

10Mənbələr