“Zirə” PFK Namik Ələskərovu heyətinə qatıb.
Sitat.info xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Premyer Liqa təmsilçisi futbolçuyla 2+1 illik müqavilə bağlayıb.
Qeyd edək ki, 30 yaşlı oyunçu karyerası ərzində “Bakı”, “Qarabağ”, “Kəpəz”, “Neftçi”, “Bursaspor” (Türkiyə) və “Sabah”da çıxış edib.