Rusiya lideri dörd Ukrayna regionunu tam ələ keçirməyə çalışır...
Vladimir Putin ABŞ-ın cümə günü başa çatan ultimatimindən geri çəkilmək niyyətində deyil və Ukraynanın dörd bölgəsini – Donetsk, Luqansk, Zaporojye və Xersonu tam şəkildə ələ keçirmək məqsədini qoruyur.
Poliqon xəbər verir ki, bu barədə Reuters agentliyinə Kremlin daxilindəki mənbələr məlumat verib.
Üç fərqli mənbənin bildirdiyinə görə, Putinin hərbi əməliyyatları davam etdirmək qərarı Rusiyanın bu müharibədə qalib gəldiyinə olan inamı və ABŞ-ın yeni sanksiyalarının ciddi təsir göstərməyəcəyinə dair skeptisizmdən qaynaqlanır. Artıq 3,5 illik müharibə ərzində bir neçə sanksiya dalğası tətbiq edilsə də, Kreml onların nəticələrini zəif hesab edir.
İki mənbənin sözlərinə görə, Putin ABŞ Prezidenti Donald Trampı qəzəbləndirmək istəmir və Qərblə münasibətlərin yaxşılaşdırılması üçün yaranan imkanı əldən vermək istəmir. Lakin Rusiya lideri üçün hərbi məqsədlər daha üstün prioritetdir.
Mənbələrdən biri bildirib ki, Putin bu dörd regionun tam işğalına nail olduqdan sonra sülh sazişi ilə bağlı danışıqlara başlamağı planlaşdırır. Britaniyalı tədqiqatçı Ceyms Rocers isə deyib: “Əgər Putin bu dörd regionu tam şəkildə işğal edə bilsə, o zaman Ukraynadakı müharibənin hədəflərinə çatdığını elan edə bilər.”
Poliqon.info