Ajans.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelesnki axşam xalqa müraciətində deyib. O bildirib ki, bu açıqlaması kəşfiyyat məlumatlarına əsaslanır. Ukrayna kəşfiyyatının əldə etdiyi məlumata görə Rusiya yeni hücum əməliyyatları üçün qoşunlarının yerləşdirir. V.Zelenski əlavə edib ki: "O, qətiyyən atəşkəs və müharibənin sonlandırılmasına hazırlaşmır. Putin ancaq ABŞ ilə görüşü özünün şəxsi qələbəsi kimi təqdim etmək və əvvəlki kimi hərəkətlərini davam etdirmək, Ukraynaya əvvəlki kimi təzyiq göstərmək fikrindədir.”