"Sabah"dan ayrılan Namik Ələskərovun yeni klubu məlum olub.

Offsideplus.az-ın əldə etdiyi məlumata görə, 30 yaşlı futbolçu "Zirə" ilə razılığa gəlib. O, karyerasını Rəşad Sadıqovun komandasında davam etdirəcək.

Namik "Sabah"da 83 oyunda 7 qol vurub və 8 məhsuldar ötürmə edib.

Qeyd edək ki, təcrübəli futbolçu 2020/21 mövsümündə "Neftçi"də çıxış edərkən 19 qolla Azərbaycan çempionatının bombardiri olub.