"Sabah"dan ayrılan Namik Ələskərovun yeni klubu məlum olub.

Offsideplus.az-ın əldə etdiyi məlumata görə, 30 yaşlı futbolçu "Zirə" ilə razılığa gəlib. O, "qartallar"la 2+1 illik müqavilə imzalayıb.

Namik "Sabah"da 83 oyunda 7 qol vurub və 8 məhsuldar ötürmə edib. O, bundan əlavə "Bakı", “Qarabağ”, “Kəpəz”, “Neftçi” və “Bursaspor” (Türkiyə) klublarının da formasını geyinib.

Qeyd edək ki, təcrübəli futbolçu 2020/21 mövsümündə "Neftçi"də çıxış edərkən 19 qolla Azərbaycan çempionatının bombardiri olub.