AZ

Aytən Quliyeva da Qarabağ Universitetindən getdi

Qarabağ Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytən Quliyeva öz ərizəsi ilə işdən azad olunub(Teleqraf).


Manset.az-ın özəl mənbələrdən əldə etdiyi digər məlumata görə, Aytən Quliyevanın yaxın günlərdə başqa bir yüksək vəzifəyə təyinat alacağı gözlənilir. A.Quliyeva universitetin rektoru Şahin Bayramovun müvafiq əmrinə əsasən ötən ilin iyulunda sözügedən vəzifəyə təyinat almışdı. 

Onu da bildirək ki, Aytən Quliyeva  əmək fəaliyyətinə 2008-ci ildə Bakı Slavyan Universitetində başlayıb. 2013–2021-ci illərdə Elm və Təhsil Nazirliyində bir sıra vəzifələrdə fəaliyyət göstərib. 2021–2024-cü illərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyində (TKTA) İnformasiya və insan resursları şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, bu gün Manşet.az xəbər portalı Qarabağ Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nərgiz İsmayılovanın da işdən azad olunması xəbərini yayımlamışdı.


Seçilən
7
6
manset.az

10Mənbələr