Qarabağ Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytən Quliyeva öz ərizəsi ilə işdən azad olunub(Teleqraf).
Manset.az-ın özÉ™l mÉ™nbÉ™lÉ™rdÉ™n É™ldÉ™ etdiyi digÉ™r mÉ™lumata görÉ™, AytÉ™n Quliyevanın yaxın günlÉ™rdÉ™ baÅŸqa bir yüksÉ™k vÉ™zifÉ™yÉ™ tÉ™yinat alacağı gözlÉ™nilir. A.Quliyeva universitetin rektoru Åžahin Bayramovun müvafiq É™mrinÉ™ É™sasÉ™n ötÉ™n ilin iyulunda sözügedÉ™n vÉ™zifÉ™yÉ™ tÉ™yinat almışdı.Â
Onu da bildirək ki, Aytən Quliyeva əmək fəaliyyətinə 2008-ci ildə Bakı Slavyan Universitetində başlayıb. 2013–2021-ci illərdə Elm və Təhsil Nazirliyində bir sıra vəzifələrdə fəaliyyət göstərib. 2021–2024-cü illərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyində (TKTA) İnformasiya və insan resursları şöbəsinin müdiri vəzifəsində çalışıb.
Qeyd edək ki, bu gün Manşet.az xəbər portalı Qarabağ Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nərgiz İsmayılovanın da işdən azad olunması xəbərini yayımlamışdı.