AZ

İran vətəndaşından aldığı narkotiki Bakıda satmaq istədi - TUTULDU

Yazını böyüt
Yazını kiçilt

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatı zamanı 32 yaşlı Samir Əhmədov saxlanılıb.

Hafta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Həmin şəxsdən və idarə etdiyi avtomobildən ümumilikdə 11 kiloqram 295 qram həşiş, marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanaraq dövriyyədən çıxarılıb.

S.Əhmədov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu və narkotik vasitələri maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Seçilən
32
22
hafta.az

10Mənbələr