AZ

Bakıda polis 11 kq narkotiki dövriyyədən çıxardı (FOTO)


Bakıda Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları narkotiklərin dövriyyəsinə qarşı növbəti əməliyyat keçirib.

Tədbir zamanı 32 yaşlı Samir Əhmədov saxlanılıb. Həmin şəxsdən və idarə etdiyi avtomobildən ümumilikdə 11 kiloqram 295 qram həşiş, marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanaraq dövriyyədən çıxarılıb.

S.Əhmədov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu və narkotik vasitələri maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

NAMİQ

Seçilən
51
22
baki-xeber.com

10Mənbələr