AZ

"Şkendiya" - "Qarabağ": kimi nə qədər azarkeş dəstələyəcək?

style='margin-bottom:10px;'>

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində bu gün “Şkendiya”nın (Şimali Makedoniya) qonağı olacaq “Qarabağ”ı stadiondan az sayda azarkeş dəstəkləyəcək.

Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev QOL.az-a açqılamasında deyib ki, Skopyedəki “Todor Proeski” stadionunda keçiriləcək görüşdə 30-a yaxın azərbaycanlı azarkeş olacaq.

Onun sözlərinə görə, matça ümumən 15 minə yaxın azarkeşin gələcəyi gözlənilir.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Komandalar arasında cavab matçı isə avqustun 12-də Bakıda olacaq.

Seçilən
18
2
teleqraf.com

3Mənbələr