Türkiyənin ən böyük telekommunikasiya operatorlarından biri "Turkcell" Ukraynadakı bütün aktivlərinin satışı ilə bağlı sövdələşmənin tamamlandığını açıqlayıb.
Hafta.az xəbər verir ki, bunu KAP platformasındakı məlumatlar göstərir. Alıcı qismində "Lifecell", "Global Bilgi" və "Ukrtower" şirkətlərinin 100% səhmlərini 538.7 milyon dollara alan "DVL Telecom" konserni çıxış edib. Razılaşma təkcə səhmlərin deyil, həm də bütün borc öhdəliklərinin ötürülməsini nəzərdə tutur. Beləliklə, "Turkcell" "Lifecell" operatorunu aldıqdan sonra 2015-ci ildən mövcud olduğu Ukrayna bazarında fəaliyyətini tamamilə dayandırır. Sövdələşmə türk şirkətinin Ukrayna bazarından çıxması prosesini tamamlayır, hansı ki, bu niyyət barədə hələ 2023-cü ilin sonunda məlum olmuşdu. Bu addım regionda iqtisadi qeyri-sabitlik şəraitində "Turkcell"in biznes strategiyalarının qlobal yenidənqurmasının bir hissəsi olub.