AZ

Türkiyə şirkəti Ukraynadakı biznesini dayandırdı

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyənin ən böyük telekommunikasiya operatorlarından biri "Turkcell" Ukraynadakı bütün aktivlərinin satışı ilə bağlı sövdələşmənin tamamlandığını açıqlayıb.

Oxu.Az-ın xəbərinə görə, bunu KAP platformasındakı məlumatlar göstərir.

Alıcı qismində "Lifecell", "Global Bilgi" və "Ukrtower" şirkətlərinin 100% səhmlərini 538.7 milyon dollara alan "DVL Telecom" konserni çıxış edib.

Razılaşma təkcə səhmlərin deyil, həm də bütün borc öhdəliklərinin ötürülməsini nəzərdə tutur. Beləliklə, "Turkcell" "Lifecell" operatorunu aldıqdan sonra 2015-ci ildən mövcud olduğu Ukrayna bazarında fəaliyyətini tamamilə dayandırır.

Sövdələşmə türk şirkətinin Ukrayna bazarından çıxması prosesini tamamlayır, hansı ki, bu niyyət barədə hələ 2023-cü ilin sonunda məlum olmuşdu. Bu addım regionda iqtisadi qeyri-sabitlik şəraitində "Turkcell"in biznes strategiyalarının qlobal yenidənqurmasının bir hissəsi olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
3
oxu.az

4Mənbələr