Cəlal Hüseynovun formasını geydiyi “Arda” Bolqarıstan çempionatında üçüncü turun oyununa çıxıb.
"Football-plus.az" xəbər verir ki, komanda səfərdə “Botev Plovdiv”in qonağı olub. Görüş “Arda”nın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Cəlal bu matça meydana start heyətində çıxıb. O, sonadək oynayıb. 22 yaşlı müdafiəçi 38-ci dəqiqədə fərqlənsə də, VAR-ın müdaxiləsindən sonra qol ofsayt səbəbindən hesaba alınmayıb.
Qeyd edək ki, mövsümdə ilk qələbəsini qazanan “Arda” xallarının sayını 4-ə çatdırıb və turnir cədvəlində 7-ci pilləyə yüksəlib.
3 turdan sonra Bolqarıstan çempionatında lider Konfrans Liqasının üçüncü təsnifat mərhələsində “Sabah”ın rəqibi olan “Levski”di (9 xal).
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta