Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun formasını geydiyi “Arda” Bolqarıstan çempionatında üçüncü turun oyununa çıxıb.
Msport.az xəbər verir ki, komanda səfərdə “Botev Plovdiv”in qonağı olub.
Görüş “Arda”nın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Cəlal bu matça meydana start heyətində çıxıb. O, sonadək oynayıb. 22 yaşlı müdafiəçi 38-ci dəqiqədə fərqlənsə də, VAR-ın müdaxiləsindən sonra qol ofsayt səbəbindən hesaba alınmayıb.
Qeyd edək ki, mövsümdə ilk qələbəsini qazanan “Arda” xallarının sayını 4-ə çatdırıb və turnir cədvəlində 7-ci pilləyə yüksəlib.