Azərbaycan millisinin üzvü Cəlal Hüseynovun da formasını geydiyi “Arda” Bolqarıstan çempionatında üçüncü turun oyununa çıxıb.
“Qafqazinfo” xəbər verir ki, komanda səfərdə “Botev Plovdiv”in qonağı olub.
Görüş “Arda”nın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Cəlal bu matça meydana start heyətdə çıxıb. O, sonadək oynayıb. 22 yaşlı müdafiəçi 38-ci dəqiqədə fərqlənsə də, VAR-ın müdaxiləsindən sonra qol ofsayt səbəbindən hesaba alınmayıb.
Qeyd edək ki, mövsümdə ilk qələbəsini qazanan “Arda” xallarının sayını 4-ə çatdırıb və turnir cədvəlində 7-ci pilləyə yüksəlib.
3 turdan sonra Bolqarıstan çempionatında lider UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində “Sabah”ın rəqibi olan “Levski”dir (9 xal).