AZ

Minadan zərərçəkənlərin siyahısı dəqiqləşdirilir

Reyting.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyəsi ilə Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) İctimai Birliyi “Mina/PHS hadisəsi və onun təsirlərinin azaldılmasına dəstək” layihəsi çərçivəsində Göygöl rayonunda minadan zərərçəkənlərin siyahısı dəqiqləşdirilir, onların ehtiyacları öyrənilir.Bu barədə Reyting.az-a AMZA sədri Rey Kərimoğlu məlumat verib.Onun sözlərinə görə, layihənin əsas məqsədi Qarabağ müharibəsində və ondan sonrakı mərhələdə mina/PHS (Partlamamış Hərbi Sursatlar) hadisəsi ilə bağlı müvafiq məlumatların, o cümlədən mina/PHS hadisəsindən zərərçəkmiş şəxslərin sosial ehtiyaclarının öyrənilməsi təşkil edir:“Təşkilatımız ötən il Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyəsi ilə layihəni 11 rayon və şəhərdə (Füzuli, Beyləqan, Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Goranboy, Naftalan, Bakı və Sumaqyıt, Abşeronda) uğurla həyata keçirib. Bu il isə layihə çərçivəsində səkkiz rayonda və şəhərdə (Qazax, Tovuz, Ağstafa, Şəmkir, Göygöl, Daşkəsən, Gədəbəy rayonlarında, Gəncə şəhərində) icra edəcəyik”. R. Kərimoğlu qeyd edib ki, adıçəkilən rayon və şəhərlərdə beynəlxalq forma olan İMİSMA agentləri ilə sorğular keçiriləcək: “Toplanacaq məlumatlar mina/PHS-lərin insanların həyat və sağlamlığına vura biləcəyi zərərin qarşısının alınması və zərərin azaldılması, zərərçəkmiş şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması üzrə effektiv proqramların hazırlanması üçün istifadə etməyi nəzərdə tuturuq. Artıq ötən aydan Göygöl rayonunda sorğular keçiririk. Müəyyən edilmiş mina qurbanları ilə daha çox qapı-qapı gəzərək şəxsən görüşürük, onlardan sorğular götürürük. Vəfat edənlərin isə ailə üzvləri ilə görüşməyə çalışırıq. İşimizin çətinliyi ondan ibarətdir ki, bəzi minadan zərərçəkənlər qeydiyyatda olduqları ərazi üzrə yaşamırlar. Ya Bakıya və digər şəhərə, rayona köçüblər, ya da xarici ölkələrdə yaşayırlar. Buna baxmayaraq, onların ailə üzvləri ilə görüşürük, onların vasitəsi ilə həmin şəxsləri sorğuya cəlb etməyə çalışırıq.”R. Kərimoğlu əlavə edib ki, layihənin icrasına Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) rəhbərliyi və Beynəlxalq Avrasiya Mətbuat Fondu da yaxından köməklik göstərir. Göygöl rayonunda isə rayon icra hakimiyyətinin rəhbərliyi və aidiyyəti şəxslər dəstək olurlar.O, adı çəkilən təşkilatların rəhbərliyinə xüsusi minnətdarlığını bildirib.Xatırladaq ki, ANAMA-nın təqdim etdiyi rəsmi məlumatlara görə, 1991-ci ildən 2025-ci ilin 2 iyun tarixləri müddətində mina qurbanlarının sayı 3 400-dən artıqdır. Onlardan 362 nəfəri uşaq, 38 nəfəri qadınlardır. 2020-ci ilin noyabr ayından 2025-ci ilin bu gününə qədər mina qurbanlarının sayı 400 nəfər təşkil edir. Onlardan 70-i həlak olub, 328-i yaralanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
2
reyting.az

3Mənbələr