Prezident İlham Əliyev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktorunu bəzi birgə komissiyaların tərkibinə daxil edib.
Yenilik.az xəbər verir ki, bununla bağlı dövlət başçısı fərman imzalayıb.
Fərmana əsasən, AZCON-un icraçı direktoru aşağıdakı komissiyaların tərkibinə daxil edilib:
- Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyası;
- Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyası;
- Azərbaycan−Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası;
- Azərbaycan Respublikası ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya;
- Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiya;
- Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası.
Əvəzində ləğv edilmiş “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru adı çəkilən komissiyaların tərkibindən çıxarılıb.