AZ

AZCON-un icraçı direktoru bəzi birgə komissiyaların tərkibinə daxil edilib

Prezident İlham Əliyev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktorunu bəzi birgə komissiyaların tərkibinə daxil edib. Avtosfer.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, AZCON-un icraçı direktoru aşağıdakı komissiyaların tərkibinə daxil edilib:

- Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyası;

- Azərbaycan və Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyası;

- Azərbaycan−Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası;

- Azərbaycan və Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya;

- Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiya;

- Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası.

Əvəzində ləğv edilmiş “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru adı çəkilən komissiyaların tərkibindən çıxarılıb.

Seçilən
22
12
avtosfer.az

10Mənbələr