Rusiyanın “Qazprom” şirkətinin Avropaya ixracı son 50 ilin ən aşağı səviyyəsinə düşüb.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Məlumata görə, 2025-ci ilin yanvar-iyul aylarında “Qazprom” Avropaya cəmi 9,93 milyard kubmetr qaz tədarük edib.
Bu, bir il əvvəlki ilə müqayisədə demək olar ki, yarısı qədər azdır və 1970-ci illərin əvvəllərindən bəri yeni antirekord ərəfəsindədir.
Təchizat yalnız Ukrayna ərazisindən tranzit dayandırıldıqdan sonra “Türk axını” ilə həyata keçirilir.
Bu marşrut üzrə nasosun həcmi 7% artsa da, bu, əvvəllər ildə 140 milyard kubmetrdən çox qaz verən Ukrayna marşrutunun bağlanmasından yaranan itkiləri kompensasiya etmək üçün kifayət etməyib.
Mövcud temp davam edərsə, Ukraynaya genişmiqyaslı işğaldan əvvəl illik ixrac 170-180 milyard zirvəyə qarşı təqribən 17 milyard kubmetr təşkil edəcək.
Şirkət də artığı üçün bazar tapa bilməyib – Çinlə müqavilə imzalanmayıb.
Türkiyədə qaz qovşağı layihəsi ləğv edilib, anbarlarda 60 milyard kubmetrə yaxın satılmamış qaz toplanıb.
Xuraman Etibarlı
İnterpress.az