Azpost saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Rusiyanın “Qazprom” şirkətinin Avropaya ixracı son 50 ilin ən aşağı səviyyəsinə düşüb.
AzPost bildirir ki, “Reuters” agentliyinin məlumatına görə, 2025-ci ilin yanvar-iyul aylarında “Qazprom” Avropaya cəmi 9,93 milyard kubmetr qaz tədarük edib. Bu, bir il əvvəlki ilə müqayisədə demək olar ki, iki dəfə azdır. “Qazprom” 1970-ci illərin əvvəllərindən bəri yeni antirekord ərəfəsindədir.
Ukrayna ərazisindən tranzit dayandırıldıqdan sonra təchizat yalnız “Türk axını” ilə həyata keçirilir. Bu marşrut üzrə nəqletmnin həcmi 7% artsa da, bu, Ukrayna marşrutunun bağlanmasından yaranan itkiləri kompensasiya etmək üçün kifayət etməyib.
Adıçəkilən marşrutla əvvəllər ildə 140 milyard kubmetrdən çox qaz nəql olunurdu.
Şirkət də öz artıq qazına bazar tapa bilməyib: Çinlə müqavilə imzalanmayıb, Türkiyədə qaz qovşağı layihəsi ləğv edilib, anbarlarda 60 milyard kubmetrə yaxın satılmamış qaz yığılıb.
AzPost.az
Paylaş
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.