Unikal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.
"Unikal" xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Türkiyənin turnirdəki yeganə təmsilçisi “Samsunspor” komandasının da potensial rəqibləri bəlli olub.
Superliqa klubu Avropa Liqasının pley-off mərhələsində “Şaxtyor” (Ukrayna) – “Panatinaikos” (Yunanıstan) cütünün qalibi ilə qarşılaşacaq.
Türkiyəli mütəxəssis Arda Turanın baş məşqçisi olduğu “Şaxtyor” bundan əvvəlki mərhələdə “Beşiktaş”ı mübarizdən kənarlaşdırıb.
Qeyd edək ki, Avropa Liqasında pley-off matçları avqustun 21-də və 28-də keçiriləcək.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.