UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.
İdmanxeber.az-ın məlumatına görə, Türkiyənin turnirdəki yeganə təmsilçisi “Samsunspor” komandasının da potensial rəqibləri bəlli olub.
Auper Liqa təmsilçisi “Şaxtyor” (Ukrayna) – “Panatinaikos” (Yunanıstan) cütünün qalibi ilə qarşılaşacaq. Arda Turanın baş məşqçisi olduğu “Şaxtyor” bundan əvvəlki mərhələdə “Beşiktaş”ı mübarizdən kənarlaşdırıb.
Qeyd edək ki, Avropa Liqasında pley-off matçları avqustun 21-də və 28-də keçiriləcək.