AZ

Sirr bunda imiş: “Sabah” səhvə məcbur etdi, onları panikaya saldı - VİDEO

“İlk oyundakı nəticədən sonra cavab matçının rahat keçəcəyi bəlli idi.

Amma unutmayaq ki, meydançada rəqibi səhvə məcbur edən “Sabah” var idi.

Zonalar üzrə düzgün yerləşmə çox önəmlidir.

Rəqibə aid hissədə mərkəzdə ətbiq edilən basqı “Petrokub”lu futbolçuları səhvə məcbur edir, panikaya salırdı. Bu da taktiki anlayışdır, məşqçi işinin hansı səviyyədə olduğunu göstərir”.

Bu açıqlama “Sportinfo TV”də yayımlanan “Avropa həftəsi” verilişində səsləndirilib.

Tanınmış jurnalist Elçin Cəfərovun və sabiq futbolçu Amit Quluzadənin təqdimatında yayımlanan verilişdə Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Sabah” – “Petrokub” matçı (4:1) barədə danışıb.

Onlar qısa müddət ərzində məşqçi işinin düzgün qurulmasından bəhs ediblər.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Seçilən
8
7
sportinfo.az

9Mənbələr