AZ

"Qarabağ"ın yeni transferi nə vaxt hazır olacaq? - Qurban Qurbanov açıqladı

"İki oyunda qalib gələn komandaya qarşı oynayacağıq".

Operativ Media xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Şimali Makedoniya səfəri öncəsi Heydər Əliyev adına hava limanında "CBC Sport"un suallarını cavablandırarkən deyib.

O, futbolçuların idman formasının qaydasında olduğunu bildirib.

“Ümumilikdə, iki oyunda qalib gələn bir komandaya qarşı oynayacağıq. Hamı düşünürdü ki, FCSB qalib gələcək, amma tam əksi oldu – hər iki oyunda ‘Şkendiya’ qalib gəldi. İlk olaraq öz hazırlığımızı yaxşılaşdırmağa çalışdıq. Məqsədimiz futbolçuların idman formasını qaydasına salmaq idi və bunu müəyyən qədər bacardıq.

Amma oyuna gəldikdə, daha həvəsli və istəkli bir komandaya qarşı çıxış edəcəyik. Nəzərə almaq lazımdır ki, bu artıq 3-cü təsnifat mərhələsidir. Buna görə də çox diqqətli olmalıyıq. Rəqib xarakterli komandadır. İlk oyundan sonra bizim üçün vəziyyət bir qədər asanlaşacaq, çünki rəqibi daha yaxından tanımış olacağıq. Əlimizdən gələn qədər yaxşı oyun göstərməyə çalışacağıq.

Təcrübəli mütəxəssis 2-ci təsnifat mərhələsində ‘Şkendiya’nın FCSB-ni mübarizədən kənarlaşdırmasının onun üçün sürpriz olmadığını bildirib:

"Bu turnirdə hər bir komanda öz ölkəsinin çempionudur. Bütün komandalar maksimum nəticə əldə etməyə çalışır. İki oyunun nəticəsinə görə dəfələrlə şahidi olmuşuq ki, insanların gözləmədiyi komandalar qalib gəlir. Biz bu işin içindəyik və daim belə nəticələri gözləyirik".

Qurban Qurbanov heyətə yeni cəlb olunan yarımmüdafiəçi Joni Montielin nə vaxt hazır olacağına da aydınlıq gətirib:

‘Hələ tam hazır deyil. Hazırlıq baxımından bir qədər geridədir. Onu normal vəziyyətə gətirmək üçün azı iki həftə, yəni 15-20 gün vaxt lazım olacaq’.

Qeyd edək ki, “Şkendiya” ilə “Qarabağ” arasında ilk oyun avqustun 5-də saat 22:00-da başlayacaq.

Seçilən
12
4
operativmedia.az

5Mənbələr