AZ

“Qarabağ” “Şkendiya”ya uduzsa... - Avropa Liqasında püşkatma

Bu gün Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, "Qarabağ"ın da potensial rəqibi bəlli olacaq.

Ağdam təmsilçisi Çempionlar Liqasının 3-ce təsnifat mərhələsində Şimali Makedoniya "Şkendiya"sına məğlub olarsa, qitənin ikinci səviyyəli klub turnirində "Hamrun" (Malta) - "Makkabi" (Təl-Əviv, İsrail) cütünün qalibi, "Yanq Boys" (İsveçrə) və ya "Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan) cütünün məğlubu ilə üz-üzə gələcək.

Püşkatma saat 15.00-da start götürəcək.

Qeyd edək ki, komandalar arasında birinci matç avqustun 21-də, ikinci oyun bir həftə sonra olacaq.

Seçilən
0
1
football-plus.az

2Mənbələr