AZ

“Qarabağ” “Şkendiya”ya məğlub olarsa, kimlə qarşılaşa bilər?

Bu gün Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil ediləcək tədbirdə Azərbaycan çempionu "Qarabağ"ın da potensial rəqibi bəlli olacaq.

Ağdam təmsilçisi Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniya "Şkendiya"sına məğlub olarsa, qitənin ikinci səviyyəli klub turnirində "Hamrun" (Malta) - "Makkabi" (Təl-Əviv, İsrail) cütünün qalibi, "Yanq Boyz" (İsveçrə) və ya "Lüdoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan) cütünün məğlubu ilə üz-üzə gələcək.

Püşkatma saat 15:00-da start götürəcək.

Qeyd edək ki, komandalar arasında birinci matç avqustun 21-də, ikinci oyun bir həftə sonra olacaq.

İdman.biz

Seçilən
1
1
idman.biz

2Mənbələr