AZ

37 yaşlı şəxsi ürəyindən bıçaqladılar

Tribuna saytından alınan məlumata görə, ain.az bildirir.

Yevlax şəhərində şəhər sakinləri – 2005-ci il təvəllüdlü Əli Mahmudov və 2006-cı il təvəllüdlü Həsən Məmmədov arasında yaranmış münaqişəni sakitləşdirmək istəyən 1988-ci il təvəllüdlü Zahid Mahmudov kürək nahiyəsindən bıçaqlanıb.

Zahid Mahmudov Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, aldığı xəsarətdən ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs 2009-cu il təvəllüdlü Rüzgar Abdullayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Fakt araşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
13
tribunainfo.az

10Mənbələr