AZ

Yevlaxda münaqişə zamanı 37 yaşlı şəxs qətlə yetirilib

Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Yevlax şəhərində şəhər sakinləri – 2005-ci il təvəllüdlü Əli Mahmudov və 2006-cı il təvəllüdlü Həsən Məmmədov arasında yaranmış münaqişəni sakitləşdirmək istəyən 1988-ci il təvəllüdlü Zahid Mahmudov kürək nahiyəsindən bıçaqlanıb.

APA xəbər verir ki, Zahid Mahmudov Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, aldığı xəsarətdən ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs 2009-cu il təvəllüdlü Rüzgar Abdullayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Fakt araşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
13
apa.az

10Mənbələr