AZ

AZSTAND nümayəndələri təlimdə iştirak ediblər

Azvision portalından verilən məlumata görə, ain.az xəbər yayır.

AZSTAND-dan AzVision.az -a bildirilib ki, təlimə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan 12 ölkədən 53 nümayəndə qatılıb. SMIIC Baş Katibliyinin mütəxəssisi və texniki köməkçisi Məhəmməd Əli Əlşeyx Vase tərəfindən keçirilən təlimin əsas məqsədi halal yeyinti məhsullarında istifadə olunan jelatinin istehsalı və sertifikatlaşdırılması prosesində iştirak edən mütəxəssislərin bilik və bacarıqlarını artırmaqdır. Təlim zamanı iştirakçılara OIC/SMIIC 22 standartının mənşəyi və hazırlanma mərhələləri, jelatinin halal xammal mənbələri və islam qaydalarına uyğun istehsalı, gigiyenik tələblər və çirklənmənin qarşısının alınması, sınaq və qiymətləndirmə metodları, eləcə də praktiki yanaşma və sertifikatlaşdırma prosesi barədə əhatəli məlumatlar təqdim edilib. Qeyd edək ki, OIC/SMIIC 22:2021 “Halal Jelatin – ümumi tələblər və sınaq üsulları” standartı dünyada ilk dəfə qəbul edilən beynəlxalq halal jelatin standartıdır. Bu standart halal yeyinti jelatini üçün həm dini, həm də texniki aspektləri əhatə edən geniş tələblər və sınaq metodlarını müəyyən edir. AzVision.az Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
1
azvision.az

2Mənbələr