AZ

Qazaxıstanlı kosmonavt Talqat Musabayev vəfat edib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev kosmonavt, dövlət və ictimai xadim Talqat Musabayevin vəfatı ilə əlaqədar başsağlığı verib.

Bakues.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Talqat Amangeldieviç üç dəfə kosmosu fəth edən və kosmosda gəzintilər edən, öz şücaətləri ilə ölkəmizi şöhrətləndirən qəhrəmandır.

“Musabayev bütün karyerasını yerli kosmonavtikanın tərəqqisinə həsr edib. O, Senatın üzvü və ictimai xadim kimi bir çox xeyirxah təşəbbüslərin təşəbbüskarı olub. Peşəkarlığı və fəal vətəndaş mövqeyi ilə cəmiyyətdə sarsılmaz hörmət qazanmış Talqat Amangeldieviçin parlaq obrazı bizim qəlbimizdə əbədi qalacaq”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, Musabayev kosmosa ilk uçuşunu 1994-cü ildə edib və “Qazaxıstan Respublikasının Xalq Qəhrəmanı” (1995) və Rusiya Federasiyasının Qəhrəmanı (1994) qızıl ulduzu ilə təltif edilib.

Asim

Seçilən
49
icma.az

1Mənbələr