“Sabah”ın Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi “Levski” Bolqarıstan çempionatında III tur oyununu keçirib.
Msport.az xəbər verir ki, komanda “Slaviya” ilə qarşılaşıb.
Görüşdə “Levski” 2:0 hesablı qələbə qazanıb. Bu qələbə ilə Sofiya təmsilçisi xallarının sayını 9-a çatdırıb. Komanda turnir cədvəlinə başçılıq edir.
Qeyd edək ki, “Sabah” və “Levski” arasında ilk oyun avqustun 7-də Bolqarıstanda, cavab görüşü isə avqustun 14-də Bakıda olacaq.