ABŞ-ın “Boeing” şirkəti 2025-ci ilin birinci yarısında sifarişçilərə təhvil verdiyi müdafiə təyinatlı məhsulların siyahısını açıqlayıb.
Bu barədə “Poliqon” “Boeing” şirkətinə istinadən xəbər verib.
Cari ilin ilk yarısında şirkət tərəfindən sifarişçilərə təhvil verilən aviasiya vasitələri:
27 ədəd AH-64 “Apache” ağır döyüş helikopteri (6 ədəd yeni, 21 ədəd modernləşdirilmiş);
8 ədəd CH-47 “Chinook” ağır nəqliyyat helikopteri (1 ədəd yeni, 7 ədəd modernləşdirilmiş);
5 ədəd MH-139 “Grey Wolf” çoxməqsədli helikopteri;
4 ədəd F-15 döyüş təyyarəsi;
9 ədəd F/A-18 döyüş təyyarəsi;
5 ədəd KC-46 yanacaqdoldurma təyyarəsi;
2 ədəd P-8 “Poseidon” patrul təyyarəsi.