EN

“Boeing” cari ilin ilk yarısında çatdırdığı aviasiya vasitələrinin sayını açıqlayıb – SİYAHI

ABŞ-ın “Boeing” şirkəti 2025-ci ilin birinci yarısında sifarişçilərə təhvil verdiyi müdafiə təyinatlı məhsulların siyahısını açıqlayıb.

Bu barədə “Poliqon” “Boeing” şirkətinə istinadən xəbər verib.

Cari ilin ilk yarısında şirkət tərəfindən sifarişçilərə təhvil verilən aviasiya vasitələri:

27 ədəd AH-64 “Apache” ağır döyüş helikopteri (6 ədəd yeni, 21 ədəd modernləşdirilmiş);

8 ədəd CH-47 “Chinook” ağır nəqliyyat helikopteri (1 ədəd yeni, 7 ədəd modernləşdirilmiş);

5 ədəd MH-139 “Grey Wolf” çoxməqsədli helikopteri;

4 ədəd F-15 döyüş təyyarəsi;

9 ədəd F/A-18 döyüş təyyarəsi;

5 ədəd KC-46 yanacaqdoldurma təyyarəsi;

2 ədəd P-8 “Poseidon” patrul təyyarəsi.

Chosen
9
poliqon.az

1Sources