AZ

Braziliya prezidenti: Tramp bütün sərhədləri aşıb

Braziliya prezidenti Luiz İnasio Lula da Silva ölkənin ABŞ-dən asılılığını dayandırdığını bildirib.

Bu barədə “Report” “Brasil247” nəşrinə istinadən xəbər verir.

Siyasətçinin sözlərinə görə, onun amerikalı həmkarı Donald Tramp tariflərin köməyi ilə ölkənin daxili işlərinə qarışmağa çalışır: “Mən inanıram ki, prezident istədiyini vergiyə cəlb edə bilər. Lakin o (Tramp – Qeyd) bütün sərhədləri aşıb və çoxtərəfli yanaşmaya son qoymaq istəyir”.

O əlavə edib ki, indi respublika keçmişdəki kimi ABŞ-dən asılı deyil: “Braziliyanın indi bütün dünya ilə çox geniş ticarət əlaqələri var. İqtisadi nöqteyi-nəzərdən bizim daha çox imkanlarımız var”.
Seçilən
25
6
sherg.az

10Mənbələr