AZ

Portuqaliya millisinin futbolçusu: “Bavariya”dan “Tottenhem”ə

Joao Palinya karyerasını “Tottenhem”də davam etdirəcək.

İdman.biz xəbər verir ki, Portuqaliya millisinin 30 yaşlı yarımmüdafiəçisi “Bavariya”dan 2025/26 mövsümünün sonunadək icarəyə götürülüb.

Palinya peşəkar karyerasına “Sportinq”də başlayıb və erkən mərhələdə icarə əsasında “Moreirense”, “Belenenseş” və “Braqa” klublarında çıxış edib. O, 2024-cü ilin yayında “Fulhem”dən “Bavariya”ya 51 milyon avroya keçib, lakin əsas heyətdə yer tuta bilməyib və mövsüm ərzində cəmi 25 oyun keçirib.

Portuqaliyalının Münhen klubuyla müqaviləsi 2028-ci ilə kimidir.

İdman.biz

Seçilən
18
1
idman.biz

2Mənbələr