AZ

“Bavariya”nı “Tottenhem”ə dəyişdi

“Tottenhem” klubu “Bavariya”nın yarımmüdafiəçisi Joau Palinyanı transfer edib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı futbolçu 2025/2026 mövsümünün sonuna qədər icarəyə götürülüb. Müqavilədə satınalma hüququ da nəzərdə tutulub. Saziş futbolçunun işçi vizası aldıqdan sonra qüvvəyə minəcək.

Portuqaliya millisinin üzvü peşəkar karyerasına Lissabon “Sportinq”ində başlayıb. O, 18 yaşında klubun B komandasının heyətində debüt edib. 2017-ci ilin yanvarında əsas komandada ilk oyununa çıxıb. Karyerasının əvvəlində “Morayrensi”, “Belenenses” və “Braqa” klublarında icarə əsasında çıxış edib.

Palinya “Bavariya”ya 2023-cü ilin yayında “Fulhem”dən 51 milyon avroya transfer olunmuşdu. Lakin Almaniya nəhəngində əsas heyətə düşə bilməyən futbolçu cəmi 25 rəsmi oyunda iştirak edib. Onun “Bavariya” ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.

Seçilən
8
90deqiqe.az

1Mənbələr