AZ

Çində çikungunya qızdırmasına 2800-dən çox yeni yoluxma halı aşkarlanıb

Çinin cənubundakı Quanqdonq əyalətində bir həftə ərzində 2,8 mindən çox yeni çikungunya qızdırması halı aşkarlanıb.

“Report” xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

“İyulun 27-dən avqustun 2-dək Quanqdun əyalətində 2892 yeni çikungunya qızdırması halı qeydə alınıb”, - məlumatda deyilir.

Qeyd olunub ki, xəstəlikdən ağırlaşma və ölüm halları qeydə alınmayıb. Ən çox yoluxma (2770) Foşan şəhərində aşkar edilib.

Xatırladaq ki, hazırda 129 ölkədə 4 milyarda yaxın insan əvvəllər əsasən tropik və subtropik ölkələrdə aşkar edilmiş və əsas daşıyıcıları “Aedes aegypti” sarılıq və “Aedes albopictus” “pələng” ağcaqanadları olan dəngə və ya çikungunya qızdırmasına yoluxma riski altındadır.

“Pələng” ağcaqanadının əhatə dairəsinin şimala doğru genişlənməsi qlobal istiləşmə ilə bağlıdır: iqlim nə qədər isti olarsa, onun inkişaf dövrü qısalır və temperaturun təsiri altında həşəratda virusun çoxalma sürəti artır.

Seçilən
30
2
report.az

3Mənbələr