AZ

Yeqor Xvalkoya Azərbaycandan təklif var imiş - “Artıq gec idi”

“Kəpəz”dən ayrılan Yeqor Xvalko karyerasını Qazaxıstan “Tobol”unda davam etdirəcək.

Belaruslu müdafiəçinin meneceri Vaqif Heydərlidən ona Azərbaycan klublarından təklif olub-olmadığını soruşduq:
“Əvvəlcə Azərbaycandan təklif olmadı. “Tobol”la müqavilə bağlamamışdan bir neçə gün əvvəl təklif oldu, amma həm gec idi, həm də qazaxların təklifi daha yaxşı idi”.

Qeyd edək ki, premyer-liqada ümumilikdə 95 oyuna çıxan belaruslu üç qolla yadda qalıb.

MÜZƏFFƏR QULUZADƏ
Seçilən
30
1
football-plus.az

2Mənbələr