AZ

Yeqor Xvalkoya Azərbaycandan təklif var imiş “Artıq gec idi”

Footbal-plus portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Kəpəz”dən ayrılan Yeqor Xvalko karyerasını Qazaxıstan “Tobol”unda davam etdirəcək.Belaruslu müdafiəçinin meneceri Vaqif Heydərlidən ona Azərbaycan klublarından təklif olub-olmadığını soruşduq:

“Əvvəlcə Azərbaycandan təklif olmadı. “Tobol”la müqavilə bağlamamışdan bir neçə gün əvvəl təklif oldu, amma həm gec idi, həm də qazaxların təklifi daha yaxşı idi”.

Qeyd edək ki, premyer-liqada ümumilikdə 95 oyuna çıxan belaruslu üç qolla yadda qalıb.MÜZƏFFƏR QULUZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
1
icma.az

2Mənbələr