Dağıstanda ağac budağının aşması nəticəsində 1 turist ölüb, 2 nəfər yaralanıb.
Axar.az xəbər verir ki, bu barədə “Sapa Kavkaz” məlumat yayıb.
Məlumata görə, avqustun 3-də Dərbənddə Cümə məscidinin ərazisində güclü külək zamanı çinarın iri budağı qırılaraq, 3 qadının üzərinə düşüb.
Nəticədə, şəhərdə qonaq olan rusiyalı qadınlardan biri ölüb, digər iki turist isə müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Dağıstanın İstintaq Komitəsi hadisənin baş vermə şəraitini müəyyənləşdirir və araşdırma aparılır.