Belçika Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Qəzza zolağının üzərinə 15 ton humanitar yardım atıb.
Referans xəbər verir ki, bu barədə "Belqa" agentliyi məlumat yayıb.
Məlumata görə, yardım Birləşmiş Millətlər Təşkilatının (BMT) himayəsi altında və İordaniya ilə koordinasiya əsasında Qəzzada humanitar əməliyyatların bərpası çərçivəsində həyata keçirilir.
“Bu, 2024-cü ilin martında təxminən 164 ton humanitar yardımın atılmasından sonra Belçika ordusunun Qəzza zolağı üzərində bu cür ikinci əməliyyatıdır”, - deyə agentlik vurğulayıb./Publika.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta